Rusiyalı deputat Azərbaycan və Türkiyəyə qarşı absurd bəyanatla çıxış edib - VİDEO

Hazırda oxunan: Rusiyalı deputat Azərbaycan və Türkiyəyə qarşı absurd bəyanatla çıxış edib - VİDEO

131734

“Bakı və Ankara münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata sövq edirlər”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına təxribatçı fikirlər səsləndirərkən bildirib. 

Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edən Dumanın hakim Vahid Rusiya Partiyasından olan deputatı Kremlin sözçüsü Dmitri Peskovun bu gün yayılan "Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir.
Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır” bəyanatı ilə bağlı sualını cavablandırarkən guya Azərbaycan və Türkiyənin münaqişənin davam etdirilməsində maraqlı olduqlarına dair absurd iddialar edib. 

O bəyanatında qeyd edib ki, guya indiyə kimi əldə olunan üçtərəfli razılaşmaların və münaqişənin dayanması Azərbaycan və Türkiyəni qane etmir:

"Onlar (Azərbaycan və Türkiyə tərəflərini nəzərdə tutur-red.) hesab edirlər ki, tamamilə hər şeyi əldə edə bilərdilər. Lakin Rusiya ilə hesablaşmaq məcburiyyətində qaldılar. Buna uyğun olaraq dayandılar”. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin