Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib.
Bizim.Media xəbər verir ki, hazırda 114 nəfərə peşə və sosial reabilitasiya xidməti göstərilən mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə peşə bacarıqlarına yiyələnirlər.
Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir.
Daha ətraflı Mərkəzdən hazırladığımız videoreportajda:
Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Bizim.Media