Prezidentdən xəbərdarlıq: “Kim yeni qaydalarla düzgün, dürüst və şəffaf işləməsə məsuliyyətə cəlb olunacaq

Hazırda oxunan: Prezidentdən xəbərdarlıq: “Kim yeni qaydalarla düzgün, dürüst və şəffaf işləməsə məsuliyyətə cəlb olunacaq

13170

“Dövlət şirkətlərdə idarəetmə sistemi axsayır və müasir tələblərə cavab vermir. Dövlət şirkətləri dövlətin boynunda olan böyük yükdür. Hətta SOCAR-a bu yaxınlara qədər qazlaşdırmaya dövlət büdcəsindən pul ayrırılırdı. Bu belə olmaz”.

Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında bəzi dövlət şirkətlərinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi məsələsindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident jurnalistlərin Şuşaya səfərinə icazə verdi


Prezidentin sözlərinə görə çox sayda dövlət qurumları büdcəni talamaqla məşğuldur və bu səbəbdən dövlət qurumlarının İnvestisiya Holdinqinə həvalə edilməsi vacid idi:

“Bu nəzarət lazımdır. Bütün dövlət şirkətlərimiz korporativ idarəetmə üsulu ilə işləsəydilər, onlar bərpa layihəsinə pul qoymazdılar.

Kim yeni qaydalarla düzgün, dürüst və şəffaf işləməsə məsuliyyətə cəlb olunacaq”. Prezident dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunub.

O, deyib ki, özəlləşdirmə bu il baş verməyəcək. Həmin şirkətlərin bəzi sahələri ola bilsin ki, özəlləşdirilsin. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin