Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
Bizim.Media xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.
Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 500-dən artıq müraciətə baxılıb.
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:45 / 19.04.2023
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir
Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir
Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir
131691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.