İsrailin xarici işlər naziri Eli Koen çərşənbə günü, aprelin 19-da Aşqabadda İsrail səfirliyini açıb.
Bizim.Media "İsrail Hayom" nəşrinə istinadən xəbər verir ki, mərasim təntənəli şəkildə təşkil olunub.
Xatırladaq ki, Koen Azərbaycana işgüzar səfərindən sonra Türkmənistana gedib. Bu, İsrail XİN rəhbərinin uzun illərdən sonra Türkmənistana ilk səfəridir.
İsrail müsəlman dünyası ölkələri ilə münasibətləri yaxşılaşdırmağa və Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməyə çalışır.
Mənbə qeyd edir ki, Aşqabadda səfirliyin açılması bu prosesin sübutlarından biridir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:05 / 19.04.2023
İsrail Türkmənistanda səfirlik açdı
Hazırda oxunan: İsrail Türkmənistanda səfirlik açdı
Hazırda oxunan: İsrail Türkmənistanda səfirlik açdı
131677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.