İranın müxtəlif bölgələrində fars rejiminin repressiyalarından bezmiş insanlar hökumətə aid mərkəzləri, simvolları və bazaları yandıraraq öz etirazını bildirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Tehranın Naziabad və Rəfsəncan qəsəbələrində Xameneyi və Xomeyninin banerləri, Tehranın Rabate-Kərim şəhərində xalqa divan tutan radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus baza, Şəhriyar qəsəbəsində İslami Təbliğat İdarəsinin binası və İsfahanda cəllad rejimin məhkəmə binası yandırılıb.
Eləcə də Tonəkabon şəhərində azadlıqsevər gənclər "Bəsic" bazası və Amol şəhərində molla məktəbinə od vurublar.
Bizim.Media