Sosial Xidmətlər Agentliyinin Reabilitasiya Mərkəzində xidmət göstərilənlərin sayı AÇIQLANDI – FOTO  

Hazırda oxunan: Sosial Xidmətlər Agentliyinin Reabilitasiya Mərkəzində xidmət göstərilənlərin sayı AÇIQLANDI – FOTO  

131594

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib.  

Bizim.Media xəbər verir ki, mərkəzdə hazırda 114 nəfər peşə və sosial reabilitasiya xidməti göstərilir. 

Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.  

Onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir.  

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Burada gənclər peşələrlə yanaşı, musiqi dərnəyi, dizayn dərnəyi, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.  

Ötən il Mərkəzdə daha 600 nəfərə xidmət göstərilib. Bu ilin ötən dövründə isə 30 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardan ibarət olmaqla 285 nəfər əlilliyi olan şəxsə xidmət göstərilib.  

Postmüharibə dövründə Mərkəzə Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan 78 nəfər qəbul edilib, onlardan 14 nəfərinin peşə hazırlığı kursları davam edir. Ümumilikdə, hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 114 nəfərin peşə və sosial reabilitasiya kursu davam edir.  
Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə indiyədək aralarında müharibə ilə əlaqədar əlilliyi olanların da olduğu 90 nəfər gənc Türkiyədə həyata keçirilən beynəlxalq təcrübə layihələrində iştirak edib.  

Agentlik tərəfindən mütəmadi olaraq Mərkəzin yetirmələrinin əl işlərindən ibarət satış sərgiləri də təşkil olunur. İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2700-ə yaxın gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib. 











Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin