İranlı jurnalistin regionda fəaliyyət göstərən terrorçularla bağlı eyhamlı sualı Prezident İlham Əliyevdən sərt cavab aldı.
Bizim.Media xəbər verir ki, ölkə başçısı jurnalistdən suala aydınlıq gətirməyi tələb etdi.
MÖVZU İLƏ BAĞLI:
Ağdam 2 ilə bərpa olunacaq - İlham Əliyev
“Terrorçuluqdan bəhs etdiniz. Hansı məlumatlara istinad edirsiniz? İtiham xarakterli sualdır, bu informasiyanın mənbəyin deyin.
Jurnalist: Regionda terrorçu qrupların qarşısı necə alınmalıdır?
Prezident: Hansı regionda? Dəqiq məlumat verin. Sual belə verilsəydi, aydın cavab verərdim
Jurnalist: O zaman ikinci suala keçək.
Prezident: Mənə elə gəlir ki, bununla birinci suala özünüz cavab verdiniz. Terrorçu qrupların fəaliyyəti uydurulmuş informasiyalardır. Təəssüf ki, bizə dost ölkənin jurnalisti belə sual verir.
Bu ermənilərə xas ittihamlardır. Onlar Qarabağı Azərbaycan əsgərlərinin azad etdiyini etiraf edə bilmirlər.
Sizə tövsiyə edərdim ki, spekulyasiyalarla məşğul olmayın, suala daha məsuliyyətli yanaşın.
O ki qaldı İranla Azərbaycanın əməkdaşlığına azad olunan ərazilərdəki yenidənqurmada İran da iştirak etmək istəyir. Xudafərin və Qız Qalası SES-lərlə bağlı da razılığa gəlmişik. İranla 132 km-lik dövlət sərhədimizi bərpa etmişik”.
Prezident İlham Əliyevin mükəmməl cavabından sonra İranlı jurnalist sualına bəraət qazandırmağa çalışaraq təşəkkürünü bildirdi.
Bizim.Media