Azərbaycanda erməni dili qorunacaq... - Prezident

Hazırda oxunan: Azərbaycanda erməni dili qorunacaq... - Prezident

13153

“Dekabrda Ağdamda olduq. Xüsusi ilə sizin nitq qabiliyyətinizi vurğulamaq istərdik. İspaniyada bunu çox adam bacarmır.”

Bizim.Media xəbər verir ki, bunu ispaniyalı jurnalist Prezident İlham Əliyevə sual ünvanlamazdan öncə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Xaricilər Azərbaycanın razılığı ilə Qarabağa buraxılmalıdır” – PREZİDENT 


Jurnalistin sualı isə Dağlıq Qarabağda rəsmi dilin rus dili olacağı barədə erməni dezinformasiyaları ilə bağlı idi. Ölkə başçısı jurnalistə cavabında bildirib ki, Qarabağda rəsmi dil məsələsi bir manipulyasiya növüdür. 

“Bu, orada hal hazırda qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Dağlıq Qarabağ mövcud deyil, hamı həmin bölgəni Azərbaycanın ərazisi kimi tanıyır. 

Azərbaycanda rəsmi dil Azərbaycan dilidir, başqa bir dil rəsmi dil ola bilməz. Dillərə məhdudiyyət qoymuruq. Ölkədə 340-a yaxın rus bölməli məktəb mövcuddur. 

Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız rus hərbçiləri üçün rus dilində məktəb var və İrəvan qanun qəbul edib ki, həmin məktəblərdə ermənilər təhsil ala bilməz.”

Ölkə başçısı vurğulayb ki, Ermənistanda Rusiya telekanallarına qarşı da məhdudiyətlər qoyulur. 

“Rus sülhməramlıları Qarabağa gələndən sonra indi də rus dilinin rəsmi dil olmasından bəhs edirlər. 

Sovet dövründə o bölgəmizdə erməni dilində qəzetlər, proqramlar var idi. Digər dillər kimi erməəni dili də Azərbaycanda qorunacaq”,-deyə Prezident İham Əliyev cavabını tamamlayıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin