Həyat yoldaşına 25 il tab gətirən qadına pensiya VERİLƏCƏK – Yeni qanun Azərbaycana da gəlir? 

Hazırda oxunan: Həyat yoldaşına 25 il tab gətirən qadına pensiya VERİLƏCƏK – Yeni qanun Azərbaycana da gəlir? 

131493

Türkiyədə sosialyönümlü maraqlı qanun qəbul olunub. Yeni qanuna görə bir qadın həyat yoldaşına 25 il səbr edib, onunla bir evdə yaşayıbsa, qadına pensiya kəsiləcək. 

Ailə institutunun möhkəmlənməsinə hesablanan qanun Azərbaycan ictimaiyyətində ciddi müzakirə doğurub və belə bir qanunun ölkəmizdə də tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürülüb. 

Maraqlıdır, Azərbaycan bu mövzuda Türkiyə modelindən yararlanacaqmı? Sözügedən qanunun da ölkəmizdə tətbiqi nə qədər mümkün ola bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Ağasəlim Həsənov buna bənzər qanunun Qərb ölkələrində də tətbiq edildiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Evdar xanımlara da pensiya veriləcək? – AÇIQLAMA 


Onun sözlərinə görə ABŞ, Kanada və bir çox Avropa ölkələrində ailənin xanımına evdə qüsurlu övladına, yaxud yaşlı qayınana və ya qayınatasına xidmət göstərdiyinə görə dövlət tərəfindən əlavə təqaüd verilir:

“Bu qanun layihəsi çoxdan qəbul olunub və hazırda da aktualdır. Çoxsaylı xanımlar ev daxilindəcə xidmət göstərdiklərinə görə bu müavinəti alırlar. Yəqin ki, Türkiyə də bu qanunu ailə institutunun möhkəmlənməsi və boşanmaların qarşısının alınması rakursundan reallaşdırmağa qərar verib.

Hər halda bu qanunun əsas fəlsəfəsinin nədən ibarət olduğunu təhlil etmək lazımdır. Türkiyə dövləti və cəmiyyəti bu qanundan nə kimi fayda görəcək? Bu aspektdən baxsaq və Azərbaycanla müqayisə aparıb, belə bir qanun layihəsinin ölkəmizdə də qəbul olunub-olunmamasını təhlil etmək olar. 

Ailə institutunun mahiyyətində əsas vəzifə ailələrin nəsilartırma funksiyasıdır. Bu işdə təbii olaraq qadının üzərinə düşən missiya kişi ilə müqayisədə daha ağır və məsuliyyətlidir. Hamilə olmaq, bir neçə uşaq dünyaya gətirmək, övladlarının tərbiyəsi ilə məşğul olmaq, ailə içi problemlərin həllində rol almaq müsəlman ailələrində birbaşa qadınların üzərinə düşür.
Hesab edirəm ki, nəsilartırma rakursundan baxdıqda, kişi ilə qadını eyni sıraya qoya bilmərik. Bunun istər dini, istərsə də tibbi tərəfdən əsaslandırılmış izahı da var”.

Ekspert qeyd edib ki, gələcəkdə Azərbycanda da belə bir qanunun qəbul olunması təqdirəlayiq hal hesab edilə bilər:

“Əlbəttə ki, 25 illik yolda hər şey hamar və rahat olmur. İstər fiziki, istər psixoloji, istərsə də sosial-iqtisadi baxımdan çətinliklər olur. Ailənin tam mənada yükü və ağırlığı qadınların çiyninə düşür. Bu məsələnin şuuraltı anlamı da var. 

Qanun layihəsinin müsbət töhfələrindən biri isə məhz ailənin bütövlüyü üçün 25 il səbr etmək və bunun qarşılığında normal pensiya almaq imkanı qazanmaqdır. Azərbaycanda belə bir qanun qəbul olunarsa, bunu yalnız alqışlamaq olar. Amma belə bir qanun layihəsinin qəbul olunması ehtimalı hələ ki, görünmür”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin