Aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xətai rayon prokurorluğu yayıb.
İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 18.04.2023
Bakıda keçmiş arvadına xəsarət yetirən 35 yaşlı kişi TUTULDU
Hazırda oxunan: Bakıda keçmiş arvadına xəsarət yetirən 35 yaşlı kişi TUTULDU
Hazırda oxunan: Bakıda keçmiş arvadına xəsarət yetirən 35 yaşlı kişi TUTULDU
131486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.