İlahiyyatçılardan Hacı Surxaya “DƏSTƏK” – “Onun fikirlərini ÜST-ə çatdırmaq lazımdır ki, faydalansınlar”

Hazırda oxunan: İlahiyyatçılardan Hacı Surxaya “DƏSTƏK” – “Onun fikirlərini ÜST-ə çatdırmaq lazımdır ki, faydalansınlar”

131472

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədlinin fikirləri yenə də gündəm yaradıb. Ötən günlərdə Ramazan bayramı ilə bağlı danışan ilahiyyat elmləri doktoru deyib ki, Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.

Təbii ki, Hacı Surxayın bu fikirləri sosial şəbəkələrdə gülüşə və ciddi narazılığa səbəb olub. Çünki, Orucluq ayının fəlsəfəsinə və Fitr zəkatın mahiyyətinə kölgə salan bu cür fikirlər həm də, islam dəyərlərinə bir hörmətsizlikdir. 

Məsələyə münasibət bildirən İlahiyyatçı Elşad Miri ironiya ilə bildirib ki, Hacı Surxay sağ olsun:
 

MÖVZU İLƏ BAĞLI:

Kimlər fitrə zəkatı verə bilməz? – İlahiyyatçıdan AÇIQLAMA


“Gör, nə qədər gözəl sözlər deyib. Ümidverici, qəşəng sözlərdir. Ümumdünya Səhiyyə Təşkilatı Hacı Surxayın bu fikirlərini eşitsə, mütləq dəyərləndirər. Və bu deyilənlərə ÜST əməl etsə, onda pandemiyaya da bu qədər vəsait xərclənməzdi. Çalışıb Hacı Surxayın bu fikirlərini ÜST və digər beynəlxalq təşkilatlara çatdırmaq lazımdır ki, onlar da bu fikirdən faydalansın”.

İlahiyyatçı Tural İrfan isə Hacı Surxayın bu cür fikirlərinin ilk olmadığını qeyd edib:

“Bu ilk hadisə deyil. Bir zamanlar Hacı Surxay demişdi ki, kimki 136 dəfə “Ya Abbas” desə o heç bir xəstəliyə yoluxmaz, heç bir xəta tapmaz. Pandemiya gəldi, insanlar ölməyə başlayanda Hacı Surxay dedi ki, Allah bu işdə adildir. Bu dəfəki fikri də o qəbildəndir ki, o bu cür çıxışları ilə özünə eloktorat  toplamaq istəyir.

Bu cür fikirlər səsləndirmək cahillikdir. Belə cəfəng fikir sahiblərinin məqsədi odur ki, əvvəllər olduğu kimi, insanlar yenə də fitrələrini gətirib ona versinlər. Bununla da onlar insanları həm maddi, həm də mənəvi cəhətdən istismar eləsinlər.

Birmənalı şəkildə bu yanlış fikirdir. “Qurani-Kərim”də ayə var. Orda deyilir ki, hər kəs öz əməlinin qarşılığını alacaq. Heç kəs göylərdən möcüzə gözləməməlidir. Kim nə əməl edirsə, onun qarşılığını da alacaq. 

Bəyəm, zəkat verməklə biz Allaha rüşvətmi veririk ki, bizi xəta-bəladan qorusun?! Bu sadəcə cəfəngiyyatdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin