Paşinyandan XƏBƏRDARLIQ: "Reallığı qəbul etməsək..."

Hazırda oxunan: Paşinyandan XƏBƏRDARLIQ: "Reallığı qəbul etməsək..."

131460

Ermənistanın hazırkı hökumətinin 2018-ci ildə apardığı danışıqlar prosesində “Dağlıq Qarabağ xalqı” anlayışı olmayıb, “Dağlıq Qarabağın bütün əhalisi” anlayışı olub.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 18-də deputatların suallarını şərh edərkən bildirib.

“Bu, çox vacib cəhətdir, çünki “xalq” konstitusiya subyektidir, əhali isə yox. Yəni, “əhali” öz müqəddəratını təyinetmə subyekti deyil. Niyə biz Ermənistanın öz müqəddəratını təyin etməsindən danışmırıq? Çünki o, artıq 1991-ci ildə Alma-Ata Bəyannaməsi ilə öz müqəddəratını təyin edib”, - Paşinyan vurğulayıb.
O, bir daha qeyd edib ki, Madrid prinsipləri ilə Ermənistan "Dağlıq Qarabağ"ı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, çünki bu sənədlərlə "Dağlıq Qarabağ"ın gələcək statusu Bakı ilə razılaşdırılmalı idi.

“Bizim problemimiz ondan ibarətdir ki, bəyanatlarımız aparılan danışıqların məzmunu ilə üst-üstə düşmür” deyən baş nazir bütün eskalasiyaların və müharibələrin məhz bununla bağlı olduğunu bildirib.

Paşinyan aprelin 12-də keçirilən hökumət saatında dediklərini müxalifət deputatları üçün bir daha təkrar edib: “Qarabağ erməniləri danışıqlar masası arxasında olmadığı andan öz müqəddəratını təyinetmə məsələsi dondurulub".

“Ya bu reallığı qəbul etməliyik, ya da bundan sonra nə olacağına hazırlaşmalıyıq. Məni qınayırlar ki, bildiyim məlumatı açıqlamamışam.  İndi məndə analiz edilən məlumat var. Bəyan edirəm: reallığı qəbul etməsək, heç nəyə nail ola bilməyəcəyik", deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin