“Qarşıda Ermənistanla sülh sazişi imzalaya bilərik” – PREZİDENT 

Hazırda oxunan: “Qarşıda Ermənistanla sülh sazişi imzalaya bilərik” – PREZİDENT 

13145

“Mən sülh haqqında çox bəyanat vermişdim. Ermənistan sözlərimə qulaq assaydı bu dərəcədə alçaldıcı məğlubiyyətləri və çox sayda qurbanları olmazdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Xocalı yaraları heç vaxt sağalmayacaq, heç vaxt bu soyqırımı unutmayacağıq” – Prezident 


Ölkə başçısı hələ də Ermənistanda revanşist fikirlərlə yaşayan qüvvələrin olduğunu deyib:

“Amma Azəbaycan bu qüvvələrə fikir verməyəcək. Ermənistan rəhbərinə məsləhət görürəm ki, hiyləyə əl atmasın  və bu addımından əl çəksin. Proseslər istədiyimiz kimi getsə, qarşıda sülh sazişi də imzalaya bilərik. Əslində 10 noyabr sülh sazişidir”.

Müharibə zamanı Rusiya prezdenti Vladimir Putinlə təmasda olduğunu xatrladan prezident Ermənistan rəhbərliyinin Putinin məsləhətlərinə və sözlərinə də qulaq asmadığını deyib:

“Sonda Ermənistan baş naziri qaranlıq otaqda kapitilyasiya aktını imzalamağa məcbur oldu. Halbuki məqsədimiz hər zaman sülh idi və müharibə bizə lazım deyildi. Səbəb Ermənistan rəhbərliyinin reallıqları düzgün qiymətləndirməməsidir. Artıq hər şeyi diqqətlə izləyəcəyik”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin