Şəkili alimlər ipəkqurdunun yeni sortlarının yaradılması üzərində işləyirlər - FOTO

Hazırda oxunan: Şəkili alimlər ipəkqurdunun yeni sortlarının yaradılması üzərində işləyirlər - FOTO

131439

AMEA-nın Şəki Regional Elmi Mərkənin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri, biologiya üzrə fələfə doktoru, dosent Qüdürət Bəkirov ötən həftə Özbəkistanın paytaxtı Daşkənd şəhərində İpəkçilik institutunda elmi ezamiyyədə olub. 

Səfər haqda Bizim.Media-ya danışan Qüdrət Bəkirov bildirib ki, ezamiyyə zamanı Daşkənd İpəkçilik İstitutunun “Seleksiya” şöbəsində elmi tədqiqat işləri haqda məlumat əldə ediib, tədqiqatçı və ipəkçi alimlərlə, həmçinin professor Baxtiyar Ubaydullayev ilə tut ipəkqurdunun yeni sortların yaradılması haqqında müzakirələr aparıb. 

Ezamiyyə zamanı İpəkçilik İnstitutunun “Biokimya” şöbəsinin əməkdaşları ilə  süni yemin hazırlanması və süni yemlə tut ipəkqurdunun yemləndirilməsi,  “Tut ipəkqurdunun xəstəlikləri” şöbəsində isə ipəkqurdu xəstəlikləri ilə bağlı fikir mübadiləsi aparılıb, xəstəliklərin yaranması və profilaktikası haqqında müzakirələr edilib.
Eyni zamanda Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsində rayonlaşdırılmış ŞZEM-4, GE-143, Yaqub və Çingiz cinslərindən Daşkənd İpəkçilik İnstitutunun “Seleksiya” şöbəsinə təqdim edilib.

Həmçinin mübadilə etmək məqsədilə Daşkənddən ORZU, Yulduz 3, GÖZƏL, Marxamat, Asaka, Marvarid, Gülşən, Nəfis cinslərinin nümunələri eyni zamanda sənaye yemləməsi üçün 10 qutu tut ipəkqurdu toxumu gətirilib.

Qüdrət Bəkirov bildirib ki, hazırda Özbəkistandan gətirilən ipək qurdlarının tədqiqi istiqamətində iş aparılır. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin