Paşinyan: "Azərbaycanın önəmi həm Rusiya, həm də Qərb üçün artmaqdadır”

Hazırda oxunan: Paşinyan: "Azərbaycanın önəmi həm Rusiya, həm də Qərb üçün artmaqdadır”

131425

"Əgər regionda yenidən müharibə başlasa, enerji baxımından bu, həm Rusiya, həm də Qərb üçün problem yarada bilər".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2022-ci il üzrə hesabatını təqdim edərkən deyib.

"Əslində, Azərbaycan birbaşa və ya dolayı yolla enerji və logistika kəsişməsinə çevrilib. Onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb. Bu vəziyyət həm risklər, həm də yeni imkanlar yaradır.
Riskləri hər yerdə görürük, imkanı isə Cənubi Qafqazın böyük yol ayrıcında yerləşməsi ilə izah edirlər. Bunda Ermənistan və Gürcüstanın rolu heç də az deyil. Regionda əldə ediləcək sülh və sabitlik Qərblə Rusiya Federasiyası arasında konsensusa çevrilə bilər", - deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin