Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Beyləqanda birgə əməliyyat həyata keçirib.
DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.
Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram maruxuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib.
İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov onlardan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:58 / 18.04.2023
DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var - FOTO
Hazırda oxunan: DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var - FOTO
Hazırda oxunan: DİN və DSX-dən birgə ƏMƏLİYYAT: Saxlanılan var - FOTO
131418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.