Əməkdar artist Şahin Növrəsli ötən gün vəfat edən amerikalı cazmen və bəstəkar Əhməd Camalla bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında mərhum musiqiçi ilə birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşən sənətçi onun Azərbaycanla bağlı xatirlərini bölüşüb.
“Əhməd Camal mənə deyirdi ki, Şahin, niyə mənə Azərbaycanda Naftalandan danışmırsan, oranı ziyarət etmək istəyirəm. Birlikdə etdiyimiz dərin söhbətlər üçün darıxacağam... Sənin müdrikliyin üçün darıxacağam...
Tək mən yox, milyonlarla insan sənin üçün darıxacaq. Dostluğuna, rəhbərliyinə, mənə və bir çox musiqiçilərə verdiyin gözəl məsləhətlərə görə təşəkkür edirəm. Allah ailənizə səbr versin”, - deyə Şahin vurğulayıb.
Qeyd edək ki, 92 yaşlı Əhməd Camal prostat vəzi xərçəngindən dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:35 / 18.04.2023
Əməkdar artist amerikalı cazmen haqda: “Deyirdi ki, mənə Naftalandan danış” - FOTO
Hazırda oxunan: Əməkdar artist amerikalı cazmen haqda: “Deyirdi ki, mənə Naftalandan danış” - FOTO
Hazırda oxunan: Əməkdar artist amerikalı cazmen haqda: “Deyirdi ki, mənə Naftalandan danış” - FOTO
131365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.