Aparıcı Rövşanə Ağasəfqızı ilə bu dəfə verilişinə çağırdığı bloqer Nagehan Abdullayeva arasında mübahisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Rövşanə aparıcısı olduğu “Space səhər” proqramında qonağı Nagehanı sualları ilə özündən çıxarıb.
Belə ki, bloqerin “Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. "İnstagram"da türk gəlin görməmişəm” sözlərinə aparıcı “Hamı özünü ərə getməklə məşhur etmir” cavab verib.
Rövşanənən bu kəlmələrinə Nagehan “Xahiş edirəm, sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. “Instagram”da müəyyən qədər gündəmə gəlmişdim. Sonra evlilik proqramına çıxdım” deyərək, sözügedən məsələdə özünə haqq qazandırmağa çalışıb.
Ağasəfqızı isə “Deməyim odur ki, “Instagram” və ərə getməklə yadda qalmaq bir işdirmi?” sualını Abdullayevaya ünvanlayıb.
Nagehan isə “Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?” ifadələri ilə hiddətlənib.
Həmin anlar isə sözügedən verilişin canlı efirində yayımlanıb.
- A-
- A
- A+
Şoutaym
09:17 / 18.04.2023
Rövşanə efirdə bu dəfə bloqer Nagehanla DALAŞDI - VİDEO
Hazırda oxunan: Rövşanə efirdə bu dəfə bloqer Nagehanla DALAŞDI - VİDEO
Hazırda oxunan: Rövşanə efirdə bu dəfə bloqer Nagehanla DALAŞDI - VİDEO
131344
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.