Laçın şəhərində tikinti-quruculuq işləri davam edir.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, rayon mərkəzi ilə yanaşı bir neçə kənd və qəsəbədə də canlanma müşahidə olunur.
Burada xüsusilə ermənilərin işğal dövründə inşa etdiyi tikililər ləğv edilərək köhnə ev qalıqlarının yerində yeni evlər tikilir. Tikinti işləri ilə yanaşı rayon mərkəzinin daxili küçələrinə də asfalt çəkilir.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu