Laçının bu GÜNÜ – FOTO 

Hazırda oxunan: Laçının bu GÜNÜ – FOTO 

131212

Azərbaycanın dilbər guşələrindən olan Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Yazın gözəlliyi ilə həmahəng olan şəhər, gecələr isə çil-çıraqlı mənzərəsi ilə göz oxşayır.

Bizim.Media xəbər verir ki, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. 

İşğal zamanı erməni vandalizmi nəticəsində 1500-dən artıq ev tamamilə dağıdılıb. Təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. 

44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusuna məğlub olan düşmən Laçından da çıxdı. Artıq Laçında geniş tikinti-bərpa işlərinə başlanılıb.

İşğal zamanı ekoloji terrora məruz qalan Laçın şəhərinin yaşıllıq zolaqları da bərpa edilir. Şəhər ərazisində yeni parklar salınır, iqlimə uyğun yeni ağac və bitkilər əkilir. Həyətyanı sahələrdə damcısuvarma sistemi quraşdırılır.
Laçın doğma sakinlərinə tezliklə yenidən qucaq açacaq.










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin