Cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9500,8 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7244,5 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,9%-ni və ya 6223,7 min tonunu Azərbaycanda hasil edilən neft, 14,1%-ni və ya 1020,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:22 / 17.04.2023
Azərbaycanın neft nəqlinin 76,3%-i BTC-nin payına DÜŞÜB
Hazırda oxunan: Azərbaycanın neft nəqlinin 76,3%-i BTC-nin payına DÜŞÜB
Hazırda oxunan: Azərbaycanın neft nəqlinin 76,3%-i BTC-nin payına DÜŞÜB
131209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.