Bizim.Media məlumat verir ki, ötən axşam Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun TASS agentliyinə verdiyi məlumata görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Putin Paşinyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
Mövzu ilə bağlı Kremlin mətbuat xidmətindən verilən məlumatda “Vladimir Putin, Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həll edilməsi barədə danışıb. Rusiya dövlətinin başçısı hər iki tərəfi təmkinli olmağa çağırıb”, deyə qeyd olunur.
Ermənistan baş nazirinin mətbuat xidməti isə telefon danışığı barəsində fərqli fikirlərə yer verib.
Belə ki, mətbuat xidmətinin açılqmasında iki dövlətin başçılarının Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə etdikləri qeyd olunur.
"Prezident Putin Ermənistanın qanuni hakimiyyətlərini dəstəklədiyini və vəziyyətin ən qısa müddətdə normallaşacağına ümid etdiyini bildirdi", - deyə Ermənistan baş nazirinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, 25 fevral səhəri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edən bəyanat yayımlayıb.
Nikol Paşinyan isə bu açıqlamanı hərbi çevriliş cəhdi kimi qiymətləndirib.
Bizim.Media