"İranla Azərbaycan Respublikası arasında münasibətlərin düşmənləri var. Bu düşmənlərdən biri sionost rejimdir".
Bizim.Media xəbər verir ki, bu fikirləri İran XİN-in sözçüsü Nasir Kənani səsləndirib.
"Təbii ki, bizim diqqətimiz mehriban qonşuluğa və ümumi maraqların anlaşılmasına yönəlib", deyə o, qeyd edib.
Sözçü vurğulayıb ki, İran İslam Respublikası təşəbbüs göstərərək yaranmış gərginliyi aradan qaldırmağa çalışıb.
O, İran və Azərbaycanın xarici işlər nazirləri arasında üç mərhələdə keçirilən danışıqlardan da söz açıb:
"Bu danışıqlar müsbət keçdi və biz ümumi iradə ilə anlaşılmazlıqların aradan qaldırılmasına ümid edirik. İnanırıq ki, müştərək siyasi iradə ilə iki ölkə arasındakı anlaşılmazlıqlar aradan qaldırılacaq".
Bizim.Media