Ramazan ayı üçün fitrə zəkatının məbləği və vaxtı AÇIQLANDI 

Hazırda oxunan: Ramazan ayı üçün fitrə zəkatının məbləği və vaxtı AÇIQLANDI 

131161

Mübarək Ramazan bayramı İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatı Ramazan ayının son günü verilir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Fuad Nurullayev trend.az-a bildirib ki, fitrə zəkatının həcmi şəriət qaydalarına görə, ən çox istifadə edilən ərzaq məhsulunun dəyəri ilə hesablanır.

Onun sözlərinə görə, fitrə zəkatını buğda, un, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullarla, eləcə də pul şəklində vermək olar.

"Belə ki, ailədə adambaşına bu məhsullardan 3 kiloqram olmaqla fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəklində çıxarılması tövsiyə olunur. Bu il bu zəkatın ailənin hər üzvü üçün orta hesabla 10-15 manat verilməsi məqsədəuyğundur. Fitrənin pul şəklində tövsiyə olunmasının əsas səbəbi ehtiyacı olan şəxslərin pulu ehtiyaclarına, övladlarının təhsilinə, geyiminə və.s xərcləyə bilməsidir", - F.Nurullayev deyib.

Onun sözlərinə görə, builki təqvimə əsasən Qafqaz Müsəlmanları İdarəsininin Şamaxı Astrofizika Rəsədxanasına göndərdiyi sorğu əsasında aprel ayının 21-i Ramazan bayramı gözlənilir.

"Aprelin 20-i fitrə zəkat çıxarılmalıdır. Fitrə zəkatını müsəlman olan hər kəs çıxarmalıdır. Oruc tutanlar da, tutmayanlar da. İlk növbədə ətrafınızda olan imkansızlara fitrə zəkatı verməlisiniz, sonra başqalarına. Dərmana ehtiyacı olan qazilərimiz var ki, onlara da kömək oluna bilər. Şəhid ailələrindən də ehtiyacı olanlar var. Bütün bunları kiminsə qəlbinə toxunmadan etmək lazımdır", - deyə QMİ rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin