Xalq artisti Röya Ayxan sənətə gələn yeni ifaçıları tənqid edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində danışıb.
R.Ayxan bildirib ki, gənc həmkarları bir-birini “tapdalamaqla” məşğuldur:
“Sənətə gələn yeni ifaçılar bizi (özünü və Xalq artisti Aygün Kazımovanı nəzərdə tutur – red.) “ikon” seçir. Amma əslində düz seçmir. Çünki sənətə gələn yeni nəsil bir-birini “tapdalamağa” çalışır. İllər keçəndən sonra isə bir-birinin üzünə baxacaqlar. Düşünmürəm ki, kiminsə yolunu bağlamışam və üzünə baxa bilməyəcəyəm. Hamının üzünə açıq baxıram”.
Rəşad Əliyev, Bizim.Media