Tərtərli şəhid anaları tibbi müayinələrdən keçdilər - FOTO

Hazırda oxunan: Tərtərli şəhid anaları tibbi müayinələrdən keçdilər - FOTO

131067

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonundan gətirilən şəhid anaları akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər.

Elmi-Tədqiqat Kardiologiya İnstitutundan Bizim.Media-ya verilən xəbərə görə, otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.

Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

Günün sonunda şəhid anaları üçün iftar süfrəsi verilib.

Qeyd edək ki, tədbir Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin