Kadırov Ukrayna əsirliyindən qayıdan 5 çeçen döyüşçü ilə görüşməyib - FOTO/VİDEO

Hazırda oxunan: Kadırov Ukrayna əsirliyindən qayıdan 5 çeçen döyüşçü ilə görüşməyib - FOTO/VİDEO

131054

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna əsirliyindən qayıdan 5 çeçen döyüşçü ilə görüşməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, guya onların döyüş sursatı bitdiyi üçün ələ keçirilib:

“Jurnalistlər bu barədə nə düşündüyümü soruşdular. Hesab edirəm ki, çeçen əsgərinin əsir düşməsi üçün heç bir səbəb olmamalıdır. Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını sübut etməlidir. Siz (döyüşçüləri nəzərdə tutur) isə cəbhə xəttinə qayıtmaqla bunu sübut etməlisiniz.

Ona görə də onlarla görüşmədim. Bu, təkcə fərdi döyüşçü üçün deyil, həm də bütün bölmənin, bütün alayın şərəf məsələsidir. Döyüşdən qaçmadıqlarını, düşmənlə qarşılaşmaqdan qorxmadıqlarını sübut etsinlər”.

Kadırov əsir düşməyin cinayət olmadığını bildirib:

“Mən bunu başa düşürəm. Döyüşçülərin sağ qalmasına şadıq. Əsir düşməzdən bir saat əvvəl onlar radio ilə əlaqə saxlayıb, döyüş sursatlarının tükəndiyini bildiriblər. Ancaq hər bir döyüşçü sadəcə təsadüfi atəş etməməli, hər atış üzərində düşünməli, hər patronun qayğısına qalmalıdır. Bu, həm də mənim günahımdır, onlar belə vəziyyətə kifayət qədər hazırlıqlı olmayıblar”.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin