Kənan Məstəliyev: “Erməni atletlər idmançılarımızdan çəkinmişdilər” - VİDEO

Hazırda oxunan: Kənan Məstəliyev: “Erməni atletlər idmançılarımızdan çəkinmişdilər” - VİDEO

131014

“İrəvanda bizim erməni ictimaiyyəti ilə birbaşa təmasımız olmadı. Biz Tbilisiyə getdik. Orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar və İrəvanadək gətirdilər, oradan da otelə getdik. İlk gün bütün günü oteldə qaldıq, çölə çıxmadıq.

Növbəti gün, aprelin 14-də cəmi bir dəfə çölə çıxdıq - müşayiətlə məşqə gedib-qayıtdıq. Düşündük ki, biz yarışda olmaya-olmaya bu addımı atdılarsa, bayrağımızı yandırırlarsa, yarışda necə olacaq? Bizim idmançılar da gənc olmalarına baxmayaraq, Azərbaycanın gələcəyidirlər. Onların böyük qələbələri hələ qabaqdadır.
Onlar Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar. Düşündük ki, onların psixoloji vəziyyətini nəzərə alaraq geri qayıdaq. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”. 

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev jurnalistlərə müsahibəsində bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Kənan Məstəliyev: “Bilərəkdən interneti kəsmişdilər ki…” - VİDEO 


Kənan Məstəliyev bildirib ki, erməni atletlər idmançılarımızdan çəkinmişdilər:

“Yarışın açılış mərasimi günündə günorta biz komanda ilə ilk və yeganə məşqə getdik. Komandamız dörd nəfərdən ibarət idi. Biz adətən belə yarışlardan əvvəl maksimal çəkiləri qaldırırıq və gücümüzü göstəririk. Biz orda göstərdiyimiz çəkilərdən daha yaxşısını məşqdə edirik.

Bu o deməkdir ki, biz yarış vaxtı daha çoxunu edəcəkdik. Biz yarışı yekunlaşdırmağa az qalmış Ermənistan yığması həmin məşq zalına gəldi. Mən belə başa düşdüm ki, onlar bizim idmançıların qızıl medal qazanma imkanlarını gördülər. Böyük ehtimalla sonra baş vermiş bayraq yandırmaq hadisəsinin də səbəbi budur”. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin