Xəbər verdiyimiz kimi, İrəvanda keçiriləcək Ağır Atlekita üzrə Avropa Çempionatında iştirak üçün Ermənistanda olan Azərbaycan nümayəndə heyəti ölkəni tərk edərək Gürcüstana gedib.
Bizim.Media xəbər verir ki, Azərbaycan atletləri artıq Gürcüstanın paytaxtı Tbilisidən ölkəmizə yola salınıblar.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanı tərk edən idmançılarımız Gürcüstana daxil oldu – RƏSMİ
İdmançılarımız Tbilisi Beynəlxalq Hava Limanından "Buta Airways" aviareysi ilə yola düşüblər.
Qeyd edək ki, onlar saat 21:20-də Vətənə çatacaq.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb.
Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.
Bizim.Media