Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak edib.
Ümumi illik yığıncaqda Bob Bləkmən yenidən Parlamentin Azərbaycan Qrupunun sədri vəzifəsinə təsdiqlənib və Qrupun rəhbər heyətinin tərkibi müəyyənləşdirilib.
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində keçirilmiş iclasda sədr Bob Bləkmən Azərbaycan xalqına və faciə qurbanlarının yaxınlarına başsağlığı verib və bununla bağlı İcmalar Palatasında irəli sürdüyü ilkin qanunvericilik təşəbbüsündən bəhs edərək bu kimi faciələrin baş verməməsi üçün bundan sonra da belə anma tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə çıxış edən səfir Tahir Tağızadə regiondakı cari vəziyyət haqqında məlumat verib, Avropa Qonşuluq və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonun 8-10 fevral tarixində Azərbaycana səfərinin nəticələrinə toxunub.
Səfərin çox uğurlu keçdiyini qeyd edən səfir, yeni şəraitdə ölkələrimiz arasında işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanların olduğunu vurğulayıb.
Söhbət zamanı Milli Məclisin üzvü Cavanşir Feyziyev Azərbaycan Qupunun üzvlərini ölkəmizə səfərə dəvət edərək bu səfər zamanı işğaldan azad edilmiş ərazilərdə vəziyyətlə tanışlıq imkanı əldə edəcəklərini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
04:30 / 26.02.2021
Britaniya Parlamentinin Azərbaycan Qrupunun illik iclası keçirildi
Hazırda oxunan: Britaniya Parlamentinin Azərbaycan Qrupunun illik iclası keçirildi
Hazırda oxunan: Britaniya Parlamentinin Azərbaycan Qrupunun illik iclası keçirildi
13097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.