Türk Şurası Baş katibindən anım mesajı

Hazırda oxunan: Türk Şurası Baş katibindən anım mesajı

13096

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının  (Türk Şurası) Baş Katibi Bağdat Amrayev Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı paylaşıb.

Bizim.Media-nın məlumatına görə, B.Amrayev 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin bir gecədə Xocalıda yaşlı, uşaq, qadın daxil olmaqla günahsız insanların qətlə yetirdiyini xatırladıb: 

“Qətl edilənlərlə yanaşı minlərlə insan yaralanaraq girov götürülüb və Xocalı şəhəri tamamilə dağıdılıb”. 

O bildirib ki, Azərbaycanın işğal altında olan torpaqları uğrunda qanuni mübarizəsi qələbə ilə başa çatdı:

“Dünyanın şahidi olduğu kimi, ədalət təmin edildi və qardaş Azərbaycan haqlı mübarizəsində qələbə qazandı. Bu qələbə bütün Türk Dünyası üçün qürur və xoşbəxtlik mənbəyi oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin