Erməni dizaynerin Azərbaycan bayrağını yandırması ilə bağlı yeni FAKTLAR

Hazırda oxunan: Erməni dizaynerin Azərbaycan bayrağını yandırması ilə bağlı yeni FAKTLAR

130936

Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışının dizayneri olub və bayraqdarın geyindiyi Azərbaycan bayrağı olan paltarı o, şəxsən özü dizayn edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın "Bagramyan" teleqram səhifəsinə dizayner Aram Nikolyanın yaxın çevrəsindən olan mənbə bildirib. 

Onun sözlərinə görə, gördüyü iş üçün Nikolyan böyük qonorar da alıb. 

"Mənbəmizi bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti təəccübləndirib, çünki Aram Nikolyanın pul müqabilində Azərbaycan bayrağı ilə tikiş tikərkən qətiyyən şikayətlənməyib. Mənbəmiz Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin