Bu ilin 3 ayında kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib

Hazırda oxunan: Bu ilin 3 ayında kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib

130862

Bu ilin birinci rübündə qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bunu Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov DİN-in kollegiya iclasında deyib. 

O bildirib ki, bu ilin ilk 3 ayında müxtəlif kriminal əməllər törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib: 

"Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin