Azərbaycan əhalisinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin HƏCMİ

Hazırda oxunan: Azərbaycan əhalisinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin HƏCMİ

130772

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,0 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artıb.
2023-cü ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin