Xameneyinin bacısı qızı İran məhkəməsindən İMTİNA ETDİ

Hazırda oxunan: Xameneyinin bacısı qızı İran məhkəməsindən İMTİNA ETDİ

130754

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani molla rejiminin qondarma məhkəməsindən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı hüquq müdafiəçisinin qardaşına istinadla xəbər verib.

Onun sözlərinə görə, bacısı 20 gün əvvəl atasıgildən öz evinə gedərkən heç bir hüquqi göstəriş olmadan hökumət məmurları tərəfindən həbs edilib.

“Onun evində olan şəxsi sənədləri və mobil telefonu da götürülüb. 20 gündür bacımdan heç bir xəbər yoxdur. Hazırda Evin həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Anamla bir neçə saniyə telefonla danışıb. Səsindən yorğun olduğu hiss olunurdu, bundan artıq danışmağa icazə vermirlər, nəzarət altında olduğu üçün demək istədiyi sözü deyə bilmir”.

Hüquq müdafiəçisinin qardaşı bildirib ki, F.Muradxani ETTELAAT tərəfindən qəfil həbs edilib və hazırda araşdırmalar getdiyi üçün vəkil tuta bilmir.

“Bu, rejimin siyasi məhbuslara qarşı həyata keçirdiyi metoddur və hazırda ölkədə hədsiz sayda siyasi məhbus var”, - deyə o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin