BQXK Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə BAŞ ÇƏKMƏYİB

Hazırda oxunan: BQXK Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə BAŞ ÇƏKMƏYİB

130739

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan Ordusunun Ermənistanda saxlanılan iki hərbçisinə hələ də baş çəkməyib.

Bizim.Media xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni “Sputnik-Ermənistana” bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


O bildirib ki, saxlanılan hərbçilərə baş çəkmək məsələsi ilə bağlı dialoq aparılır.

“BQXK vəziyyətlə bağlı məlumatlıdır və Azərbaycan əsgərlərinin ailələri və müvafiq şəxslərlə əlaqə saxlayır” – deyə Amatuni bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin