Ələt-Astara yoluna avtomobildə sıxılımış vəziyyətdə qalan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, “112” telefon xəttinə Masallı rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 132-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Kamaz” markalı yük avtomobili ilə “DAF” markalı tranzit yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “DAF” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media