Ölkədə istilik mövsümü uzadılır? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ölkədə istilik mövsümü uzadılır? – RƏSMİ AÇIQLAMA 

130721

“Ölkə ərazisində istilik mövsümünün uzadılması məsələsinə baxılır. Bu barədə gəlinən razılıqla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabah Azərbaycanda istilik mövsümü başa ÇATIR


O bildirib ki, “Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır: 

“Müzakirələrin nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək. Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir”.
 

İlham Mirzəliyev qeyd edib ki, respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılıb.


Bu dövr  ərzində  cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verib. Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin