Dünya çempionatında ölkəmizi bu cüdoçular təmsil edəcək – SİYAHI  

Hazırda oxunan: Dünya çempionatında ölkəmizi bu cüdoçular təmsil edəcək – SİYAHI  

130706

Cüdo üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək cüdoçular müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, 7-14 may aralığında Dohada keçiriləcək çempionatda Azərbaycan yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq. 

Mundialda cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək. 
Dünya çempionatında fərdi yarışlar 7-13 may aralığında, komanda yarışları isə 14 mayda Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”da keçiriləcək. 

Fərdi yarışlarda iştirak edəcək milli komandanın heyətini təqdim edirik: 

Qadınlar 

-48 kq. 

Leyla Əliyeva 

Könül Əliyeva 

-52 kq. 

Gültac Məmmədəliyeva 

Aydan Əliyeva 

Kişilər 

-60 kq. 

Balabəy Ağayev 

Turan Bayramov 

-66 kq. 

Orxan Səfərov 

-73 kq. 

Hidayət Heydərov 

-81 kq. 

Səid Mollayi

-90 kq. 

Məmmədəli Mehdiyev 

Murad Fətiyev 

-100 kq. 

Zelim Kotsoyev 

+100 kq. 

Uşanqi Kokauri 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin