Qəbələdəki əmək yarmarkasına 17 müəssisədən 207 vakansiya təqdim edilib. Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala regional məşğulluq filialının dəstəyi ilə Qəbələdə keçirilən yarmarkaya 500-ə yaxın vətəndaş müraciət edib.
Bizim.Media-nın yerli bürosu bildirir ki, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə vakansiyalar üzrə müraciət edən şəxslərdən CV-lər qəbul edilərək, nəzərdən keçirilib.
Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.
Yarmarkada, həmçinin vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib, aktiv məşğulluq tədbirlərindən yararlanmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.
İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada iştirakçılara uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması da təmin ediləcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 14.04.2023
Qəbələ sakinlərinə yeni İŞ İMKANLARI - FOTO
Hazırda oxunan: Qəbələ sakinlərinə yeni İŞ İMKANLARI - FOTO
Hazırda oxunan: Qəbələ sakinlərinə yeni İŞ İMKANLARI - FOTO
130677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.