Şəhid haqqı

Hazırda oxunan: Şəhid haqqı

130593

Təmas xəttində aprelin 2-də baş verən qarşıdurma, düşmən həmləsini dəf edən ordumuzun əks-hücumla işğaldakı bəzi kəndləri azad etməsi Qarabağ müharibəsi tarixində yeni bir dövrün başlanğıcını qoydu. 10-dan çox hərbçimizin şəhid olması ilə başlanan bu dövr Azərbaycanda ordu quruculuğu istiqamətində bu vaxta qədər həyata keçirilən islahatların heç də əbəs olmadığını, Silahlı Qüvvələrimizin işğaldakı ərazilərimizi praktiki baxımdan azad etmək potensiyalına malik olduğunu göstərir.

Cəbhə xəttində baş verən son hadisələr müharibə ilə bağlı bir çox məqamı aktuallaşdırdı ki, bunlardan da biri şəhid olan hərbçilərin ailələrinə dövlət qayğısının artırılması ilə bağlıdır. Azərbaycan qanunvericiliyində şəhid ailələri ilə bağlı bir sıra imtiyazlar nəzərdə tutulsa da, reallıqda bu imtiyazların şəhid ailələrinin sosial durumuna ciddi mənada təsir göstərmədiyi heç kimə sirr deyil. Nə qədər arzuedilməz olsa da, qeyri-şəhid ailələri kimi bir çox şəhid ailəsinin də sosial problemlərdən, xüsusilə də kommunal xərclərdən əziyyət çəkdiyi hər kəsə məlumdur. Halbuki, Azərbaycanın mövcud maliyyə imkanı şəhid ailələrinin sosial həyatını, dolanışığını, maddi rifahını yüksəltməyə imkan verir. Hansı ki, bu, dövlətin həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verən şəhidlərimiz qarşısındaki mənəvi borcu da hesab edilə bilər.

Bu baxımdan Qarabağ müharibəsində yeni bir mərhələnin başlanğıcı hesab edilən, 2 aprel tarixi, bu tarixdən əvvək və sonrakı günlərdə şəhid olan, habelə, gələcək döyüşlərdə şəhid olacaq bütün hərbçi ailələrinin ən azından bir neçə il müddətində kommunal xərclərdən azad edilməsi məqsədəuyğun olardı. Bu, şəhid ailələrinin maddi-sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, düşmənlə ölüm-dirim savaşı aparan hərbçilərimiz üçün də mənəvi sitimul ola, onların dövlətə, dövlətin ədalət və humanizminə olan inamını daha da artıra, güvəncini yüksəldə bilər.

Gəncliyini dövlətinə, bayrağına fəda edən bir şəhidin ailəsinin qapısının hansısa dövlət qurumu tərəfindən kommunal borca görə döyülməsi, övlad itirən bir ananın hər ayın sonunda kommunal borc haqqında düşünməsi, bu borcu ödəmək üçün kiməsə əl açması yolverilməzdir. Vətən torpağını atasının, qardaşının, oğlunun, həyat yoldaşının qanı ilə suvaran hər bir ailənin dövlətin bütün imkanlarından, maddi gücündən gen-bol faydalanmağa haqqı var. Bu haqqı onlara əbədiyyətə qovuşan, şəhidlik zirvəsində qərarlaşan doğmaları verib. Bu məsələdə dövlətin üzərinə düşən yeganə iş bu haqqı tanımaq onu hüquqi müstəvidə təsdiqləməkdir.

“ÖlmÉ™k, bizi baÅŸqaları qarşısında mÉ™suliyyÉ™t hissindÉ™n azad etmirâ€x9d. Bu, məşhur fransız yazıçı Viktor Hüqoya mÉ™xsus bir ifadÉ™dir. Dahi yazıçının da qeyd etdiyi kimi,  hÉ™r bir insanın, hÉ™tta ölÉ™ndÉ™n sonra belÉ™ doÄŸmalarına yardım etmÉ™k, onlara dÉ™stÉ™k olmaq haqqı var vÉ™ onların bu haqqına hörmÉ™t etmÉ™k lazımdır. SadÉ™cÉ™ vÉ™ sadÉ™cÉ™ hörmÉ™t etmÉ™k...

Odur ki, dövlÉ™t dÉ™ ÅŸÉ™hid olan insanların geridÉ™ buraxdıqları ailÉ™lÉ™rinin sosial rifahını yaxşılaÅŸdırmaq, onları borc vÉ™ mÉ™hrumiyyÉ™t bataqlığından qismÉ™n dÉ™ olsa xilas etmÉ™k haqqına mane olmamalı, onların ailÉ™lÉ™ri ilÉ™ baÄŸlı nigarançılığına son qoymalıdır.  NÉ™ qÉ™dÉ™r ki, bu baÅŸ vermÉ™yib dövlÉ™t öz ÅŸÉ™hidlÉ™ri vÉ™ onların ailÉ™lÉ™ri qarşısında borclu vÉ™ziyyÉ™tdÉ™ qalmaqda davam edÉ™cÉ™k.

 

Seymur Æx8fliyev

e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin