Bakıda qisas zəminində iki nəfər yandırılaraq öldürülüb - RƏSMİ

Hazırda oxunan: Bakıda qisas zəminində iki nəfər yandırılaraq öldürülüb - RƏSMİ

130504

Aprelin 10-u paytaxtın Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində yerləşən məişət əşyalarının istehsalı və təmiri sexlərindən birində yanğın baş verib. Nəticədə orada rəngsaz işləyən 1981-ci il təvəllüdlü İftixar Əkbərov və tanışı 1991-ci il təvəllüdlü Valeh Bəylərov yanıq xəsarətləri alaraq ölüb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Ramin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə görə qisas almaq üçün sexi qəsdən yandırmaqla orada yatmış İftixar Əkbərov və Valeh Bəylərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

MÖVZU İLƏ BAĞLI:

Bakıda yanğın olub - 2 nəfər ölüb


Toplanmış sübutlar əsasında Ramin Quliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Prokurorluq orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin