“Real Madrid” “Çelsi”ni, “Milan” “Napoli”ni məğlub etdi

Hazırda oxunan: “Real Madrid” “Çelsi”ni, “Milan” “Napoli”ni məğlub etdi

130458

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçlarına yekun vurulub.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Turnirin son qalibi olan “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edib. Fransalı baş hakim Fransua Leteksyenin idarə etdiyi matçda Madrid təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Görüşdə qolları Kərim Benzema və Marko Asensio vurublar.

Digər oyun isə İtaliyada “Milan” və “Napoli” klubları arasında baş tutub. Rumin FIFA referisi İştvan Kovaçın idarə etdiyi matçda 1:0 hesablı nəticə qeydə alınıb. Belə ki, “Milan”ın əlcəzairli yarımmüdafiəçisi İsmael Bennaser fərqlənərək adını tabloya yazdırıb.

Komandalar arasında cavab oyunları aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, dörddəbir finalın digər ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniyanın “Bavariya” komandasına 3:0, İtaliyanın “İnter” klubu isə Portuqaliyada “Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin