PALATA: 95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib 

Hazırda oxunan: PALATA: 95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib 

130428

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların və avadanlıqların alışı üzrə 40% güzəşt maliyyə təminatı qismində verilib. 

Bizim.Media xəbər verir ki, Hesablama Palatasının bülleteninə görə, ümumilikdə bu məqsədlə 95 milyon 6,4 min manat məbləğində vəsait (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-i) verilib ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaradıb. 

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit 

Qeyd edək ki, texnikaların(kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı prosesində daxili nəzarətin malların bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin