Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun sərəncamı ilə Murad Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasi üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.
Bizim.Media xəbər verir ki, Murad Nizami oğlu Nəcəfbəyli 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi TƏYİN EDİLDİ
O, 2010-cu ilin 6 yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
12 yanvar 2016-cı ildə isə M.Nəcəfbəyli Azərbaycanın Estoniyadakı səfiri vəzifəsinə təyinat alıb.
O, bu vəzifədən 2021-ci il fevralın 12-də geri çağırılıb.
Bizim.Media