Rusiya XİN-dən sərhəddəki erməni təxribatı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Rusiya XİN-dən sərhəddəki erməni təxribatı ilə bağlı AÇIQLAMA

130339

Ermənistan-Azərbaycan sərhədində baş verənlər Bakı və İrəvanın qarşılıqlı olaraq təmkin göstərməsinin vacibliyini təsdiq edir.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir.

Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin dərhal Azərbaycan və Ermənistanın məsuliyyətli şəxsləri ilə təmasa girdiklərini və deskalasiya ilə bağlı tədbirlər gördüyünü söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin