Hesablama Palatası: “Qarabağda auditlər hələ başa çatmayıb”

Hazırda oxunan: Hesablama Palatası: “Qarabağda auditlər hələ başa çatmayıb”

130335

Bu gün ən böyük problem işğaldan azad edilmiş ərazilərdə hələ də başa çatmış auditlərin demək olar ki, olmamasıdır.

Bizim.Media xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Hesablama Palatası 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə ilkin auditlərə başlayıb:

“Əvvəldən aparılmış auditlər layihə-smeta sənədlərinin, iş həcmlərinin, ekspertizanın vaxtında başa çatmaması və ya bu işlərin paralel aparılması səbəbindən yekunlaşmayıb. Paralel aparıldıqda bu işləri indidən yoxlayıb, nöqsan deyib, artıq ödəmə kimi vəsaitləri bərpa etmək düzgün olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin