Bosniyalı rejissor Jasmila Jbanicin, Türkiyənin TRT yayımçısı TRT ilə əməkdaşlığı ilə Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına namizəd olub.
Bizim.Media "TRT in Russian" istinadən xəbər verir ki, filmdəki hadisələr, Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyanın Serbiya ordusu tərəfindən öldürüldüyü günlərdə baş verir.
MÖVZU İLƏ BAĞLI:
“Oskar” mükafatı alan rejissor vəfat etdi
Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini o günlərin şahidlərinin ifadələrinin dilindən təsvir edib.
O, xüsusi diqqəti müharibənin qadınları və uşaqları necə təsir etdiyinə yetirir.
"Hara gedirsən, Aida?" filmi nüfuzlu Venesiya və Toronto Film Festivalı da daxil olmaqla bir çox film festivalında mükafat qazanıb.
Jasmila Jbanic lentə aldığı “Qrbavica” filminin 2006-cı ildə Berlin Film Festivalında Qızıl Ayı qazandıqdan sonra məşhurlaşıb.
Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırım zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.
Bizim.Media