Rusiya Xarici İşlər Nazirliyi Ermənistandakı mövcud vəziyyəti şərh edərək bunu respublikanın daxili işi adlandırıb. Qurum əlavə şərh verməyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Ordu mənə tabedir” - Paşinyan tərəfdarlarının qarşısına çıxdı - VİDEO
Mənbə yazır ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı cümə axşamı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib və xalqına qarşı güc tətbiq etməməsi barədə xəbərdarlıq edib.
Paşinyan silahlı qüvvələrin onun istefası tələblərindən sonra Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini söyləyib.
Bir gün əvvəl, Ermənistan prezidenti Armen Sarkisyian Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən azad edib.
Mətbuatda yayılan məlumatlara görə, o, hökumət başçısının “İskəndər” kompleksləri ilə bağlı sözlərini lağa qoyub.
Bizim.Media